Türkiyədə iki sərnişin avtobusu toqquşub, 41 nəfər yaralanıb

Türkiyədə iki sərnişin avtobusu toqquşub, 41 nəfər yaralanıb 18 yaşdan kiçik olan 16 yaralının həyatı üçün təhlükə qalmaqdadır
Region
20 Sentyabr , 2017 12:50
Türkiyədə iki sərnişin avtobusu toqquşub, 41 nəfər yaralanıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Türkiyənin Balıkesir əyalətinin Edremit rayonunda iki mikroavtobusun toqquşması nəticəsində 41 nəfər yaralanıb.

“Report” Habertürk-ə istinadən xəbər verir ki, rayonun Akçay məhəlləsində sərnişin götürmək üçün dayanan avtomobilə başqa bir avtobus çarpılıb.

İnformasiyaya əsasən, xəsarət alanlar arasında orta məktəb və lisey şagirdləri də var. Məlumata görə, 18 yaşdan kiçik olan 16 yaralının həyatı üçün təhlükə qalmaqdadır. 

Son xəbərlər

Orphus sistemi