Türkiyədə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 24 nəfər yaralanıb

Türkiyədə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 24 nəfər yaralanıb Türkiyənin Dənizli əyalətinin Buldan rayonunda turistləri daşıyan avtobusun başqa bir avtomobillə toqquşması nəticəsində 1 nəfər ölüb, 24 nəfər yaralanıb.
Region
30 Mart , 2023 17:54
Türkiyədə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 24 nəfər yaralanıb

Türkiyənin Dənizli əyalətinin Buldan rayonunda turistləri daşıyan avtobusun başqa bir avtomobillə toqquşması nəticəsində 1 nəfər ölüb, 24 nəfər yaralanıb.

“Repor” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə Dənizli-Buldan avtomobil yolunun Tosunlar hissəsində baş verib. Yaralılar avtobusun sərnişinləridir, onlar hospitala yerləşdirilib.

Ölən isə digər avtomobilin sərnişini olub.

Faktla bağlı araşdırma başlanılıb.

Son xəbərlər

Orphus sistemi