Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 283 nəfər tutulub

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 283 nəfər tutulub Onların 187-si xarici ölkə vətəndaşıdır
Region
2 Noyabr , 2017 14:20
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 283 nəfər tutulub

Bakı. 2 noyabr. REPORT.AZ/ Türkiyədə 11 gün ərzində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinən 283 nəfər tutulub.

“Report” CNNTurk-ə istinadən xəbər verir ki, bu barədə Polis İdarəsi məlumat yayıb.

İnformasiyaya əsasən, əməliyyat 25 əyalətdə 22 oktyabr-1 noyabr tarixləri arasında keçirilib. Bu müddət ərzində keçirilən antiterror əməliyyatları nəticəsində Türkiyənin 96, xarici dövlətlərin isə 187 vətəndaşı tutulub. Beləliklə, 11 gün ərzində 283 şübhəli saxlanılıb.  

Son xəbərlər

Orphus sistemi