Türkiyədə hərbi avtomobil qəzaya uğradı, ölənlər və xəsarət alanlar var

Türkiyədə hərbi avtomobil qəzaya uğradı, ölənlər və xəsarət alanlar var Türkiyədə ağır yol qəzası baş verib.
Region
2 İyun , 2020 02:19
Türkiyədə hərbi avtomobil qəzaya uğradı, ölənlər və xəsarət alanlar var

Türkiyədə ağır yol qəzası baş verib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Siirtdə, Doğanköy ərazisində qeydə alınıb. Belə ki, əsgərləri daşıyan zirehli avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 8 əsgər xəsarət alıb. Yaralılar helikopterlərlə Siirt Dövlət Xəstəxanasına çatdırılıb.

Qeyd edilir ki, xəsarət alanlardan ikisi xəstəxanada vəfat edib. Digər yaralıların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi