Bakı. 9 iyun. REPORT.AZ/ Türkiyənin Samsun şəhərində hərbçiləri daşıyan avtobusun aşması nəticəsində 47 nəfər yaralanıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, qəza Ankara-Samsun avtomobil yolunun Kavak rayonu hissəsində yolun kənarındakı baryerlərə çarpılaraq çevrilib.
Hərbçiləri Tokatdan Samsunun Çarşanba Hava Limanına aparırmışlar.
Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.