Türkiyə Jandarm Qüvvələrinin çavuşu Mustafa Fatih Yetişen həlak olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, o, hərbi hissədə silahla ehtiyatsız davranış nəticəsində yaralanıb.
M.F.Yetişen xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
Şəhidin 29 yaşının olduğu bildirilib.