Türkiyədə həftə ərzində zərərsizləşdirilən terrorçuların sayı açıqlandı

Türkiyədə həftə ərzində zərərsizləşdirilən terrorçuların sayı açıqlandı Türkiyədə mayın 31-dən zərərsizləşdirilən PKK terrorçularının sayı açıqlanıb.
Region
8 İyun , 2020 02:30
Türkiyədə həftə ərzində zərərsizləşdirilən terrorçuların sayı açıqlandı

Türkiyədə mayın 31-dən zərərsizləşdirilən PKK terrorçularının sayı açıqlanıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Tunceli vilayətində, Ayvacıq ərazisində mayın 31-dən 6 terrorçu zərərsizləşdirilib.

Qeyd edilir ki, əməliyyat havadan dəstək verilməklə, jandarmın, xüsusi təyinatlıların və təhlükəsizlik qüvvələrinin iştirakı ilə keçirilib.

Xatırladaq ki, PKK terror təşkilatı 1984-cü ildə ortaya çıxıb. Təşkilat  Türkiyədə terror əməliyyatları keçirir.

Son xəbərlər

Orphus sistemi