İstanbulda girovluqdan azad edilən prokuror xəstəxanada keçinib - YENİLƏNİB

İstanbulda girovluqdan azad edilən prokuror xəstəxanada keçinib - YENİLƏNİB "Onun ürəyi dayanıb"
Region
155
1 Aprel , 2015 01:25
İstanbulda girovluqdan azad edilən prokuror xəstəxanada keçinib - YENİLƏNİB

Bakı. 1 aprel. REPORT.AZ/ İstanbulda bir neçə silahlı şəxs tərəfindən girov götürülən, daha sonra xüsusi əməliyyat nəticəsində azad edilən prokuror Mehmet Selim Kiraz aldığı güllə yarasından xəstəxanada keçinib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə xəstəxana nümayəndəsi məlumat verib.

"Selim Kiraz olduqca ciddi güllə yarası almışdı. Biz onu burada gözləyirdik, istənilən yara və istənilən vəziyyət üçün hər şey hazır idi. Onun ürəyi dayandı. Həkimlərimizin bütün səylərinə baxmayaraq, onu xilas edə bilmədik", — deyə o bildirib.

***

Bakı. 31 mart. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin hüquq-mühafizə orqanları girov götürülən prokuror Mehmet Selim Kirazı azad ediblər.

"Report" "Cumhuriyet" nəşrinə istinadən xəbər verir ki, onu girov götürən üç cinayətkar öldürülüb, girovun özü isə yüngül xəsarət alıb.

Kirazın azad edilməsi üzrə əməliyyat zamanı məhkəmə binasında atışma və partlayış səsləri eşidilib.

Son xəbərlər

Orphus sistemi