Türkiyədə fövqəladə vəziyyət rejiminin ləğv olunacağı tarix açıqlanıb

Türkiyədə fövqəladə vəziyyət rejiminin ləğv olunacağı tarix açıqlanıb Bakı. 25 dekabr. REPORT.AZ/ Türkiyədə fövqəladə vəziyyət rejimi 2018-ci il fevralın 21-də sona çatacaq.
Region
25 Dekabr , 2017 14:09
Türkiyədə fövqəladə vəziyyət rejiminin ləğv olunacağı tarix açıqlanıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Türkiyədə fövqəladə vəziyyət rejimi 2018-ci il fevralın 21-də sona çatacaq.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların Araşdırılmalar komissiyasından bildirilib.

Açıqlamaya əsasən, fövqəladə rejimin 2018-ci il yanvarın 17-də bitməsi gözlənilirdi. Ancaq onun fevralın 21-də ləğv ediləcəyi bu müddətin uzadılmayacağı deməkdir.

Qeyd edək ki, bu hal iyulun 15-dən, dövlət çevrilişinə cəhddən sonra 2016-cı il iyulun 20-dən tətbiq edilir.

Sonuncu dəfə fövqəladə vəziyyət rejiminin müddəti cari il oktyabrın 13-də üç ay uzadılmışdı. 

Son xəbərlər

Orphus sistemi