Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq

Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq Bunu Türkiyə baş nazirinin müavini açıqlayıb
Region
8 Yanvar , 2018 18:45
Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq

Bakı. 8 yanvar. REPORT.AZ/ "Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti yenidən uzadılacaq".

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bekir Bozdağ bildirib.

Qeyd edək ki, ötən il dekabrın sonunda Türkiyə Fövqəladə Halların Araşdırılması Komissiyasından fövqəladə vəziyyət rejiminin 2018-ci il fevralın 21-də sona çatacağı bildirilmişdi.

Açıqlamaya əsasən, fövqəladə rejimin 2018-ci il yanvarın 17-də bitməsi gözlənilirdi. Ancaq onun fevralın 21-də ləğv ediləcəyi bu müddətin uzadılmayacağı deməkdir.

Sonuncu dəfə fövqəladə vəziyyət rejiminin müddəti ötən il oktyabrın 13-də üç ay uzadılmışdı.

Qeyd edək ki, bu hal iyulun 15-dən - dövlət çevrilişinə cəhddən sonra, yəni 2016-cı il iyulun 20-dən tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi