Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqəli 35 min nəfər həbs olunub

Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqəli 35 min nəfər həbs olunub Çevrilişə cəhddən sonra 82 min nəfər istintaqa cəlb olunub
Region
23 Oktyabr , 2016 16:43
Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqəli 35 min nəfər həbs olunub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Türkiyədə FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənlə əlaqədə şübhəli bilinən təqribən 35 min nəfər həbs olunub.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin ədliyyə naziri Bəkir Bozdağ məlumat verib.

Nazir qeyd edib ki, dövlət çevrilişinə cəhddən sonra ümumilikdə Gülənlə əlaqədə şübhəli bilinən 82 min nəfər istintaqa cəlb olunub, 26 mindən çox insan həbsdən azad edilib, lakin nəzarət altında saxlanılır.

Son xəbərlər

Orphus sistemi