Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin Şanlıurfa bölgəsində içərsində kənd təsərrüfatı sahəsində işləyən fəhlələr olan mikroavtobusla avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.
“Report” "Haberler"ə istinadən xəbər verir ki, hadisə Şanlıurfanın Kısas məhəlləsində baş verib.
Yaralılardan 3-nün vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.

