Türkiyədə fabrikdə baş verən partlayışda ölənlərin sayı 5 nəfərə, yaralıların sayı 16-ya çatıb - YENİLƏNİB

Türkiyədə fabrikdə baş verən partlayışda ölənlərin sayı 5 nəfərə, yaralıların sayı 16-ya çatıb - YENİLƏNİB Partlayış qaz sızması səbəbindən baş verib
Region
8 Noyabr , 2017 15:12
Türkiyədə fabrikdə baş verən partlayışda ölənlərin sayı 5 nəfərə, yaralıların sayı 16-ya çatıb - YENİLƏNİB
AA.com

Bakı. 8 noyabr. REPORT.AZ/ Türkiyənin Bursa əyalətinin Gürsu rayonunda yerləşən toxuculuq fabrikində baş verən partlayışda ölənlərin sayı 5 nəfərə çatıb.  

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Bursa valisi İzzəttin Küçük bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 16 nəfər yaralanıb. 

İ.Küçük deyib ki, partlayış qaz sızması səbəbindən baş verib. Partlayış güclü olub və fabrikin damı uçub, ətrafdakı binalara ziyan dəyib. 


*** 12:58

Türkiyənin Bursa əyalətinin Gürsu rayonunda yerləşən toxuculuq fabrikində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, fabrikin qazanxanasında qəza olub.

Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisənin səbəbi araşdırılır.  

Son xəbərlər

Orphus sistemi