Türkiyədə dövlət çevrilişinə cəhd edən generalı öldürən hərbçiyə heykəl qoyulub

Türkiyədə dövlət çevrilişinə cəhd edən generalı öldürən hərbçiyə heykəl qoyulub Abidənin açılışı avqustun 30-da olacaq
Region
151
26 Avqust , 2016 14:34
Türkiyədə dövlət çevrilişinə cəhd edən generalı öldürən hərbçiyə heykəl qoyulub

Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyədə iyulun 15-də dövlət çevilişinə cəhd zamanı Fətullahçı Terror Təşkilatı üzvlərinin açdığı atəş nəticəsində şəhid olan gizir Ömər Halisdemirin heykəli ucaldılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, abidə Mersin əyalətinin Toroslar rayonundakı Şəhidlər parkında qoyulub.

Heykəl müxalif Milliyyətçi Hərəkat Partiyasından olan Toroslar rayon bələdiyyəsinin sədri Hamit Tunanın təlimatı əsasında hazırlanıb.

İnformasiyaya görə, 13 günə tamamlanan heykəlin postamentlə birlikdə hündürlüyü 2,8 metr, abidənin öz hündürlüyü 1,8 metr, bütövlükdə kompleksin hündürlüyü 4,6 metrdir. 

Abidənin açılışı avqustun 30-da olacaq.

Xəbərdə bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin giziri Ömər Halisdemir iyulun 15-də dövlət çevirilinşə cəhd edənlərdən birini, general-polkovnik Semih Terziyi öldürüb. Bundan sonra o, dövlət çevrilişinə cəhd edən FETÖ-çülər tərəfindən qətlə yetirilib. 

Son xəbərlər

Orphus sistemi