Türkiyədə dəhşətli qəza: 6 ölü, 1 yaralı

Türkiyədə dəhşətli qəza: 6 ölü, 1 yaralı Hadisə Çanaqqala-İzmir avtomobil yolunun 130-cu kilometrliyində, Qaynarca istiqamətində olub
Region
20 Dekabr , 2014 18:41
Türkiyədə dəhşətli qəza: 6 ölü, 1 yaralı

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Türkiyənin İzmir şəhərinin Dikili rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Çanaqqala-İzmir avtomobil yolunun 130-cu kilometrliyində, Qaynarca istiqamətində olub. 

Belə ki, Dardanel istiqamətində hərəkət edən 29 yaşlı Fatih Kurunun idarə etdiyi 35 KC 3458 nömrəli avtomobilin təkəri partladığından sürücü idaretməni itirərək İzmir istiqamətində hərəkət edən 10 KF 729 nömrəli avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə olan Fatih Kuru, Əli Əkbər Çələbioğlu, Zeynəb Karaca və şəxsiyyətləri hələlik dəqiqləşdirilməyən üç nəfər ölüb. Qəzada yaralanan Xədicə Serpil Çələbioğlu isə xəstəxanaya qaldırılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi