Türkiyədə daşqınlar zamanı daha 1 nəfər ölüb, xəsarət alanlar var

Türkiyədə daşqınlar zamanı daha 1 nəfər ölüb, xəsarət alanlar var Türkiyənin İstanbul şəhərində baş verən daşqınlar zamanı 1 nəfər ölüb.
Region
23 İyun , 2020 23:04
Türkiyədə daşqınlar zamanı daha 1 nəfər ölüb, xəsarət alanlar var

Türkiyənin İstanbul şəhərində baş verən daşqınlar zamanı 1 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, 112 təcili yardım briqadası hadisə yerinə cəlb edilib. Fahrettin Kocanın sözlərinə görə, təbii hadisə zamanı xəsarət almış daha 4 nəfərin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Bursa vilayətində güclü yağışlar fəsadlarla nəticələnən sel və daşqınlara səbəb olub. Bursa əyalətinin Kestel rayonunda baş verən sel və daşqınlar nəticəsində 5 nəfər ölüb. Kestel rayonuna bağlı Dudaklı, Narlıdərə, Aksu və Kayacık məhəllələrini sel basıb.

Son xəbərlər

Orphus sistemi