Türkiyədə daha bir əraziyə qəhrəman rayon adı verilib

Türkiyədə daha bir əraziyə qəhrəman rayon adı verilib Eyni zamanda, 15 iyul da bundan sonra qeyri-iş günü olacaq
Region
11 Oktyabr , 2016 16:43
Türkiyədə daha bir əraziyə qəhrəman rayon adı verilib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Türkiyədə daha bir inzibati ərazi vahidinin adı dəyişdirilib. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Maraşdan sonra daha bir yerə Kahraman ismi verilib. 

Məlumata görə, Türkiyənin paytaxtı Ankara şəhərinin Kazan rayonu bundan sonra Kahramankazan adlanacaq. 

Eyni zamanda, 15 iyul da bundan sonra qeyri-iş günü olacaq. 

Ölkənin Baş naziri Binəli Yıldırım bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd olub. Nəticədə 250 nəfər şəhid olub, 2000-dən çox insan yaralanıb.  

Son xəbərlər

Orphus sistemi