Türkiyədə daha 23 polis əməkdaşı həbs edilib

Türkiyədə daha 23 polis əməkdaşı həbs edilib İnformasiyaya görə, onların 9-u yüsək rütbəli zabitdir
Region
11 Oktyabr , 2016 07:17
Türkiyədə daha 23 polis əməkdaşı həbs edilib

Bakı. 11 oktyabr. REPORT.AZ/Türkiyədə daha 23 polis əməkdaşı Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək, tutulub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar "ByLock" kompüter proqramından istifadə etdikləri üçün həbs ediliblər.

İnformasiyaya görə, onların 9-u yüsək rütbəli zabitdir. Xəbərə əsasən, bu proqram vasitəsi ilə FETÖ-çülər bir-biri ilə əlaqə saxlayırmış.

Məlumatda bildirilib ki, bu ittihamla 27 polis saxlanılıb, onlardan 4-dən iltizam alınaraq, sərbəst buraxılıb. 

Son xəbərlər

Orphus sistemi