Türkiyədə COVID-19-dan ölənlərin sayı 8 minə çatır

Türkiyədə COVID-19-dan ölənlərin sayı 8 minə çatır  Türkiyədə daha 1 467 nəfərdə COVID-19 aşkarlanıb
Region
4907
27 Sentyabr , 2020 20:19
Türkiyədə COVID-19-dan ölənlərin sayı 8 minə çatır

Türkiyədə daha 1 467 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Fahrettin Koca deyib.

Nazirin sözlərinə görə, indiyədək Türkiyədə qeydə alınmış yoluxma hallarının sayı 101 119-a yüksəlib.

Qeyd olunub ki, son sutkada 68 nəfər virusun qurbanı olub, 1 116 nəfər isə sağalıb. Beləliklə, Türkiyədə koronavirusdan ölənlərin sayı 7 997-ə, sağalanların sayı isə 275 630-a çatıb.

Son xəbərlər

Orphus sistemi