Türkiyədə koronavirus xəstələrinin sayı 194,5 min nəfəri ötdü

Türkiyədə koronavirus xəstələrinin sayı 194,5 min nəfəri ötdü Bu gün Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb.
Region
26 iyun 2020 16:20
Türkiyədə koronavirus xəstələrinin sayı 194,5 min nəfəri ötdü

Bu gün Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 065 nəfəri ötüb.  

Son sutkada Türkiyədə COVID-19-a 1 396 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 194 511 nəfərə çatıb.

Nazirin sözlərinə görə, son bir gündə 1 492 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 167 198 nəfərə yüksəlib. 

Son sutkada COVID-19-la bağlı 51 198 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3 186 622-dir.

Son xəbərlər

Orphus sistemi