Türkiyədə çayxana atəşə tutulub, 3 nəfər ölüb, 6 nəfər yaralanıb

Türkiyədə çayxana atəşə tutulub, 3 nəfər ölüb, 6 nəfər yaralanıb Bələdiyyə sədri: “Yoldan keçən maşından çayxana atəşə tutulub”
Region
1 noyabr 2016 15:26
Türkiyədə çayxana atəşə tutulub, 3 nəfər ölüb, 6 nəfər yaralanıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Türkiyənin Rize əyalətində çayxanaya edilən silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report” “Ulusalkanal”a istinadən xəbər verir ki, hadisə əyalətin İkizdere rayonunun Güneyce kəndində baş verib.

İkizdere rayonu bələdiyyəsinin sədri Hasan Köseoğlu bildirib ki, yoldan keçən maşından çayxana atəşə tutulub.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisə mübahisə edən iki qrup arasında baş verib.

Son xəbərlər

Orphus sistemi