Türkiyədə bu gün 15 nəfər koronavirusdan ölüb

Türkiyədə bu gün 15 nəfər koronavirusdan ölüb Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər həyatını itirib.
Region
11 Avqust , 2020 22:09
Türkiyədə bu gün 15 nəfər koronavirusdan ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər həyatını itirib.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 61 716 şübhəli koronavirus testindən keçib, onlardan 1183-nün  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 617 nəfər olub, 1185 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 243 180  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5873  nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi