Türkiyədə bir həftədə 1 698 nəfər terrorla əlaqəyə görə saxlanılıb

Türkiyədə bir həftədə 1 698 nəfər terrorla əlaqəyə görə saxlanılıb FETÖ üzvü olmaqda şübhəli bilinən 572 nəfər barəsinə həbs qətimkan tədbiri seçilib
Region
23 Yanvar , 2017 17:03
Türkiyədə bir həftədə 1 698 nəfər terrorla əlaqəyə görə saxlanılıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Son bir həftə ərzində Türkiyədə terrora qarşı mübarizə tədbirləri çərçivəsində 1698 nəfər saxlanılıb, onlardan 610-u barəsində həbs qətimkan tədbiri seçilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, yanvarın 16-dan 23-dək Fətullahçı Terror Təşkilata (FETÖ) üzv olmaqda şübhəli bilinən 1 218 nəfər saxlanılıb, onların 572-si barəsinə həbs qətimkan tədbiri seçilib.

Bu müddət ərzində terrorçu İŞİD-ə üzv olmaqda şübhəli bilinən bir nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bu terrorçu qruplaşma ilə əlaqədə olmaqda şübhəli bilinən 75 nəfər saxlanılıb.

Xəbərdə bildirilib ki, solyönümlü terrorçularla əlaqədə şübhəli bilinən 33 nəfər saxlanılıb, 1 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi