Türkiyədə bələdiyyə seçkiləri başa çatıb.
"Report" xəbər verir ki, ölkənin 32 vilayətində seçki məntəqələrində səsvermələr yekunlaşıb.
Rəsmi məlumata görə, ölkənin səsvermə hüququ olan 57 milyondan çox vətəndaşının 80 faizi seçkilərdə iştirak edib.
Qeyd edək ki, seçkilərdə 12 partiya, habelə bir sıra şəxslər müstəqil namizəd kimi iştirak edib. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) “Cümhur ittifaqı”, Cümhuriyyət Xalq Partiyası (CHP) ilə İYİ Partiya isə “Milliyyət ittifaqı” seçki blokunda birləşiblər.