Türkiyədə BƏƏ-yə casusluq edən şəxs tutulub

Türkiyədə BƏƏ-yə casusluq edən şəxs tutulub Həmin şəxsin ərəb dövlətlərindən birinin pasportu ilə Türkiyəyə səfər etdiyi təsbit olunub.
Region
1411
17 Oktyabr , 2020 16:47
Türkiyədə BƏƏ-yə casusluq edən şəxs tutulub

Türkiyənin Milli İstihbarat Təşkilatı Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) casusluq etməkdə şübhəli bilinən agenti tutub.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, o, Türkiyədəki ərəb müxaliflər haqqında məlumat toplayırmış. Həmin şəxsin ərəb dövlətlərindən birinin pasportu ilə Türkiyəyə səfər etdiyi təsbit olunub. O, casusluq etdiyini etiraf edib.

Son xəbərlər

Orphus sistemi