Türkiyədə hərbçiləri daşıyan avtobusun aşmasının səbəbi açıqlandı

Türkiyədə hərbçiləri daşıyan avtobusun aşmasının səbəbi açıqlandı Qeyd edək ki, iyulun 27-də Türkiyənin Mersin əyalətinin Mut rayonunda hərbçiləri daşıyan avtobus aşıb.
Region
27 İyul , 2020 16:16
Türkiyədə hərbçiləri daşıyan avtobusun aşmasının səbəbi açıqlandı
Hulusi Akar

Türkiyənin Mersin şəhərinin Mut rayonunda hərbçiləri daşıyan avtobusun aşmasının bəzi detalları açıqlanıb.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama yayıb.

O, yaralı hərbçiləri Mut rayon dövlət xəstəxanasında ziyarət edib. Nazir yaralıların səhhətinin yaxşılaşdığını bildirib: “İlkin məlumata əsasən, nəqliyyat vasitəsində nasazlıq olub. Hadisə şahidləri bildiriblər ki, avtobusun əyləc sistemi sıradan çıxıb. Bu səbəbdən qəza baş verib. Qəzanın dəqiq səbəbi araşdırmalardan sonra müəyyən ediləcək. Hadisə nəticəsində avtobusun 2 sürücüsü və 4 hərbçi ölüb, 27 hərbçi isə yaralanıb”.

Qeyd edək ki, iyulun 27-də Türkiyənin Mersin şəhərinin Mut rayonunda hərbçiləri daşıyan avtobus aşıb.

Son xəbərlər

Orphus sistemi