Türkiyədə avtomobil yolunda partlayış törədilib, 2 hərbçi şəhid olub

Türkiyədə avtomobil yolunda partlayış törədilib, 2 hərbçi şəhid olub Terrorçular hərbçilərin avtomobillərinin keçdiyi yola döşədikləri əldəqayırma qurğunu partladıblar
Region
15 Mart , 2017 10:50
Türkiyədə avtomobil yolunda partlayış törədilib, 2 hərbçi şəhid olub
Haber7

Bakı. 15 mart. REPORT.AZ/ Türkiyənin Diyarbakır-Mardin avtomobil yolunda törədilən terror aktı nəticəsində iki hərbçi şəhid olub.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, terrorçular hərbçilərin avtomobillərinin keçdiyi yola döşədikləri əldəqayırma qurğunu partladıblar. 

İnformasiyaya əsasən, terrorçu PKK qruplaşması üzvləri qurğunu Mazıdağı yolayrıcında quraşdırıblar. Terror aktı nəticəsində yaralıların olduğu da bildirilib. Təhlükəsizlik qüvvələrinin bölgədə əməliyyatları davam edir.

Son xəbərlər

Orphus sistemi