Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyənin Kahramanmaraş şəhərində mikroavtobusun yük maşınına çarpılması nəticəsində 8 nəfər ölüb, 8 nəfər yaralanıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, qəza Kahramanmaraş-Kayseri avtomobil yolunun Beşoluk hissəsində qeydə alınıb.
Mikroavtobus yük maşınının arxa hissəsinə çarpılıb. Sərnişinlər avtomobilə Ankaradan miniblərmiş.