Bakı. 29 yanvar. REPORT.AZ/ Türkiyədə fəhlələri daşıyan avtobusla yük maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, azı 30 nəfər yaralanıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Antalyanın Qazıpaşa rayonunun Zeytinada məhəlləsində, Qazipaşa-Anamur yolunda baş verib.
Qəza səbəbindən yol 2 saat bağlı qalıb.