Türkiyədə avtobusla yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - ƏLAVƏ OLUNUB

Türkiyədə avtobusla yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - ƏLAVƏ OLUNUB Hadisə nəticəsində daha 20 nəfər yaralanıb
Region
13 Mart , 2018 09:01
Türkiyədə avtobusla yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - ƏLAVƏ OLUNUB

Bakı. 13 mart. REPORT.AZ/ Türkiyənin Çorum əyalətinin Osmancık rayonu ərazisində avtobusla yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yük maşını Gürcüstan dövlət qeydiyyat nişanlı olub.

Hadisə nəticəsində daha 20 nəfər yaralanıb. 

***

Türkiyənin Çorum əyalətinin Osmancık rayonu ərazisində ağır yol qəzası baş verib.

“Report” NTV televiziyasına istinadən xəbər verir ki, sərnişin avtobusu yol kənarında dayanan yük maşını ilə toqquşaraq yanıb.

Nəticədə 6 nəfər ölüb, 19 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi