Türkiyədə avtobusla tramvay toqquşub, 19 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə avtobusla tramvay toqquşub, 19 nəfər yaralanıb - YENİLƏNİB Türkiyənin İstanbul şəhərində Eyübsultan rayonunda tramvayla sərnişin avtobusunun toqquşması nəticəsində çoxlu sayda insan yaralanıb.
Region
5 Dekabr , 2022 11:41
Türkiyədə avtobusla tramvay toqquşub, 19 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyənin İstanbul şəhərinin Eyübsultan rayonunda tramvayla sərnişin avtobusunun toqquşması nəticəsində 4-ü ağır olmaqla 19 nəfər yaralanıb. 

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

10:54

Türkiyənin İstanbul şəhərinin Eyübsultan rayonunda tramvayla sərnişin avtobusunun toqquşması nəticəsində çoxlu sayda insan yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Haberturk” yayıb.

Bildirilib ki, hadisə dekabrın 5-də səhər saatlarında Eyübsultan rayonunun Alibeyköy meydanında baş verib.

Qəza yerinə çoxlu sayda təcili tibbi yardım heyəti, polis əməkdaşları və xilasedicilər cəlb olunub.

Son xəbərlər

Orphus sistemi