Bakı. 7 mart. REPORT.AZ/ Türkiyədə avtobusun aşması nəticəsində 5 nəfər ölüb, 35 nəfər yaralanıb.
“Report” “KanalAhaber”ə istinadən xəbər verir ki, hadisə Bursa-Ankara avtomobil yolunda, İnegöl rayonu ərazisindəki Mezitler I körpüsü yaxınlığında baş verib.
Avtobus rayonun Osmaniye kəndi yaxınlığında qəzaya uğrayıb.
İnformasiyaya əsasən, avtobusdakılar Türkiyə Metallurgiya Həmkarlar Təşkilatının üzvləri olub.
Hadisə yerində təcili tibbi yardım heyəti və xilasedicilər cəlb edilib.