Bakı. 20 yanvar. REPORT.AZ/ Türkiyənin Eskişehir şəhərində avtobusun qəzaya uğraması nəticəsində 13 nəfər ölüb, 42 nəfər yaralanıb.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, avtobus Ankaradan Bursa istiqamətində hərəkət edirmiş.
Hadisə yanvarın 20-də səhər saatlarında baş verib.
Qəzanın başvermə səbəbi haqqında məlumat yayılmayıb.
