Türkiyədə avtobus aşıb, 9 nəfər ölüb, 28 nəfər yaralanıb

Türkiyədə avtobus aşıb, 9 nəfər ölüb, 28 nəfər yaralanıb Ölən və yaralananların hamısı İraq vətəndaşlarıdır
Region
12 Yanvar , 2018 11:40
Türkiyədə avtobus aşıb, 9 nəfər ölüb, 28 nəfər yaralanıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətində avtobusun aşması nəticəsində 9 nəfər ölüb, 28 nəfər yaralanıb.

“Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, hadisə yanvarın 12-də səhər saatların əyalətin Silopi rayonunda baş verib.

Avtobus Türkiyədən İraqa sərnişin daşıyırmış. Ölən və yaralananların hamısı İraq vətəndaşlarıdır.

Qəzaya səbəbi kimi sürücüsünü idarəetməni itirməsi göstərilir.

Son xəbərlər

Orphus sistemi