Türkiyədə avtobus aşıb, 7 nəfər ölüb, 15-i yaralanıb

Türkiyədə avtobus aşıb, 7 nəfər ölüb, 15-i yaralanıb Bakı. 22 noyabr. REPORT.AZ/ Türkiyənin Malatya əyalətinin Darende rayonunda avtobusun aşması nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.
Region
22 Noyabr , 2018 14:01
Türkiyədə avtobus aşıb, 7 nəfər ölüb, 15-i yaralanıb
0 : 00
0 : 00

Bakı. 22 noyabr. REPORT.AZ/ Türkiyənin Malatya əyalətinin Darende rayonunda avtobusun aşması nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, qəza Darende-Malatya avtomobil yolunun Bağlarbaşı hissəsində qeydə alınıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım, xilasedicilər cəlb edilib.

Avtobusun sərnişinləri İstanbuldan Malatyaya göndərilən cənazənin yaxınları olublar.

Son xəbərlər

Orphus sistemi