Türkiyədə ağır yol qəzası baş verib, 40 avtomobil toqquşub

Türkiyədə ağır yol qəzası baş verib, 40 avtomobil toqquşub Qəza nəticəsində 9 nəfər yaralanıb
Region
6 Fevral , 2017 12:04
Türkiyədə ağır yol qəzası baş verib, 40 avtomobil toqquşub

Bakı. 6 fevral. REPORT.AZ/ Türkiyənin Konya şəhərində 40 avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. 

“Report” “Anadolu” agentlyinə istinadən xəbər verir ki, hadisə Konya-Ankara avtomobil yolunun 8-ci kilometrliyində qeydə alınıb. 

Məlumata görə, Konya-Ankara avtomobil yolunun Aksaray körpüsü qovşağı yaxınlığında meydana gələn qəza zamanı 1 şəhərlərarası sərnişin avtobusu, 1 bələdiyyə avtobusu, 5-i fəhlələri daşıyan olmaqla, 7 avtobus, fəhlələri daşıyan 8 mikroavtobus, 1 TIR, 3 böyük yük avtomobili və müxtəlif markalı daha 20 maşın toqquşub. 

Qəza nəticəsində 9 nəfər yaralanıb.

İnformasiyaya əsasən, güclü duman və yolun buz bağlaması qəzaya səbəb olub.

Son xəbərlər

Orphus sistemi