Türkiyədə 56 nəfər qidadan zəhərlənib

Türkiyədə 56 nəfər qidadan zəhərlənib Türkiyənin şərqində yerləşən Ərzincan şəhərində 21-i uşaq olmaqla azı 56 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Region
20 İyul , 2019 06:59
Türkiyədə 56 nəfər qidadan zəhərlənib

Türkiyənin şərqində yerləşən Ərzincan şəhərində 21-i uşaq olmaqla azı 56 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, şəhərin mərkəzində orduya çağırışla bağlı tədbirlərdən sonra qonaqlar ziyafətə dəvət olunublar. Qısa müddətdən sonra təcili yardım xidmətinə yüksək temperatur, ürəkbulanma, başgicəllənmə və qaytarma ilə bağlı şikayətlər daxil olmağa başlayıb.

"Təcili yardım" maşınları zərərçəkmişləri xəstəxanalara çatdırıblar.

Son xəbərlər

Orphus sistemi