Türkiyədə 5 min ildən çox yaşı olan qədim möhürlər tapılıb

Türkiyədə 5 min ildən çox yaşı olan qədim möhürlər tapılıb Türkiyənin Malatya şəhərindəki Arslantəpə kurqanında 5 621 il əvvələ aid qədim möhürlər tapılıb.
Region
14 Sentyabr , 2021 15:10
Türkiyədə 5 min ildən çox yaşı olan qədim möhürlər tapılıb

Türkiyənin Malatya şəhərindəki Arslantəpə kurqanında 5 621 il əvvələ aid qədim möhürlər tapılıb.

"Report" TRT-yə istinadən xəbər verir ki, şəhər mərkəzindən 7 kilometr aralıda yerləşən Arslantəpədə aparılan arxeoloji qazıntılar davam edir.

Kurqanda 55 nəfərlik qrupla başlayan qazıntılar zamanı 10 gündə 250 ədəd möhür tapılıb.

Qeyd edək ki, Battalqazi bölgəsində yerləşən Arslantəpə kurqanı UNESCO-nun Dünya İrsi Siyahısına daxildir.

Son xəbərlər

Orphus sistemi