​Türkiyədə 5-i qadın olmaqla terrorçuluqda şübhəli bilinən 12 nəfər tutulub

​Türkiyədə 5-i qadın olmaqla terrorçuluqda şübhəli bilinən 12 nəfər tutulub Şübhəlilər tibbi müayinədən keçirildikdən sonra İstanbul Təhlükəsizlik idarəsnə aparılıb
Region
26 Aprel , 2016 09:48
​Türkiyədə 5-i qadın olmaqla terrorçuluqda şübhəli bilinən 12 nəfər tutulub

Bakı. 26 aprel. REPORT.AZ/ İstanbulun Sancaktepe, Maltepe, Ümraniyyə və Kartal rayonlarında bir neçə ünvanda eyni vaxtda keçirilən anti-terror əməliyyatları nəticəsində "Marksçı-Leninçi Kommunist Partiyası" adlı terrorçu təşkilatın 5-i qadın olmaqla, 12 üzvü şübhəli şəxs qismində saxlanılıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Anti-terror əməliyyatını İstanbul Təhlükəsizlik İdarəsinin Terrorçuluğa qarşı mübarizə şöbəsi həyata keçirib.

Şübhəlilər tibbi müayinədən keçirildikdən sonra İstanbul Təhlükəsizlik idarəsinə aparılıb.

Son xəbərlər

Orphus sistemi