Türkiyədə 4 763 nəfər pandemiyanın qurbanı oldu

Türkiyədə 4 763 nəfər pandemiyanın qurbanı oldu Ötən gün ərzində Türkiyədə koronavirusdan 17 nəfər ölüb.
Region
547
11 İyun , 2020 21:26

Ötən gün ərzində Türkiyədə koronavirusdan 17 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da COVID-19-dan ölənlərin sayı 4 763 nəfərə çatıb.

Son sutka ərzində təhlükəli virusa daha 987 nəfər yoluxub. Bununla da koronavirusa yoluxanların sayı 174 023 nəfərə yüksəlib.

Bu gün koronavirusla bağlı 49 190 test aparılıb. Beləliklə, yeni növ virusla bağlı aparılan testlərin sayı 2 500 890-a çatıb.

Nazir bildirib ki, son gündə 1 021 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 147 860 nəfər təşkil edir. 

Son xəbərlər

Orphus sistemi