​Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib

​Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib Vətəndaşlar evlərindən çölə çıxıblar
Region
11 İyun , 2016 03:21
​Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib

Bakı. 11 iyun. REPORT.AZ/ Türkiyənin Bingöl vilayətinin mərkəzində 4,5 gücündə zəlzələ baş verib. 

"Report" "Anadolu" xəbər agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların gücü yerli vaxtla saat 21:57-də hiss edilib.

Vilayət rəsmisi Yavuz Səlim Köşger, zəlzələ ocağının 6,88 kilometr dərinlikdə olduğunu açıqlayıb. Zəlzələ bəzi sakinlər arasında həyəcana səbəb olub, vilayət mərkəzində ayrı-ayrı vətəndaşlar evlərindən çölə çıxıblar.

Dağıntı və tələfat barədə məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi