Türkiyədə 3500-dən çox İŞİD terrorçusu həbs olunub

Türkiyədə 3500-dən çox İŞİD terrorçusu həbs olunub 50 mindən çox İŞİD əlaltısının sərhədləri qanunsuz keçməsinin qarşısı alınıb
Region
118
3 Mart , 2017 04:20
Türkiyədə 3500-dən çox İŞİD terrorçusu həbs olunub

Bakı. 3 mart. REPORT.AZ/ Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən indiyədək 3500 nəfərdən çox İŞİD terror qruplaşması yaraqlısı həbs olunub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Binəli Yıldırım məlumat verib.

O qeyd edib ki, terrorçuların həbs olunması sayəsində ölkədə qətl və digər cinayətlərin qarşısı alınıb, həmçinin əlavə edib ki, Türkiyə hakimiyyəti 50 mindən çox İŞİD əlaltısının sərhədləri qanunsuz keçməsinin qarşısını alıb.

Son xəbərlər

Orphus sistemi