Ədliyyə naziri: “Türkiyədə 3 581 hakim və prokuror sistemdən uzaqlaşdırılıb”

Ədliyyə naziri: “Türkiyədə 3 581 hakim və prokuror sistemdən uzaqlaşdırılıb” Bəkir Bozdağ: “4 235 hakim və prokuror müavininin tutduqları vəzifədən kənarlaşdırılması haqqında qərar qəbul olunub"
Region
26 Yanvar , 2017 17:19
Ədliyyə naziri: “Türkiyədə 3 581 hakim və prokuror sistemdən uzaqlaşdırılıb”

Bakı. 26 yanvar. REPORT.AZ/ “Bu günə qədər (2016-cı il iyulun 15-dən, yəni dövlət çevirilişinə cəhddən sonra – “Report” ) 3 581 hakim və prokuror sistemdən uzaqlaşdırılıb”.

“Report” DHA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bank sitemində yeni məlumat əldə edilməsi ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək işdən çıxarılıblar.

Bəkir Bozdağ deyib ki, 4 235 hakim və prokuror müavininin isə tutduqları vəzifədən kənarlaşdırılması haqqında qərar qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi