Türkiyədə 18 azərbaycanlıya müvəqqəti şəxsiyyət vəsiqəsi verildi - FOTO

Türkiyədə 18 azərbaycanlıya müvəqqəti şəxsiyyət vəsiqəsi verildi - FOTO Uzun illərdir Türkiyədə qeyri-qanuni yaşayan soydaşlarımızın problemlərinin araşdırılması və həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan və Diasporla İş üzrə Dövlət Komitəsinin də daxil olduğu işçi qrup tərəfindən aparılan işin nəticəsi olaraq 18 nəfərə Türkiyə Respublikasının müvəqqəti şəxsiyyət vəsiqəsi (Oturum izni kartı - Red) verilib.
Region
17 Mart , 2020 02:24
Türkiyədə 18 azərbaycanlıya müvəqqəti şəxsiyyət vəsiqəsi verildi - FOTO

Uzun illərdir Türkiyədə qeyri-qanuni yaşayan soydaşlarımızın problemlərinin araşdırılması və həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan və Diasporla İş üzrə Dövlət Komitəsinin də daxil olduğu işçi qrup tərəfindən aparılan işin nəticəsi olaraq 18 nəfərə Türkiyə Respublikasının müvəqqəti şəxsiyyət vəsiqəsi (Oturum izni kartı - Red) verilib.

“Report”un Türkiyə bürosu xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun inzibati binasında keçirilən təqdimetmə mərasimində baş konsul Məsim Hacıyev, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Əttar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, artıq bir müddətdir ki, 1990-cı illərdə Türkiyəyə köçmüş və hazırda orada qanunsuz məskunlaşan azərbaycanlılarla görüşlər keçirilir və onların siyahıya alınması aparılırdı. Siyahıya daxil edilən şəxslərin əksəriyyəti kiçik yaşlarda doğmaları tərəfindən Türkiyəyə gətiriliblər və onların ölkədə müvəqqəti yaşamaları üçün heç bir sənəd alınmayıb. Onların arasında Türkiyədə doğulanlar da var.

Həmin şəxslərin sənədlərinin hazırlanması ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi vasitəsilə Türkiyənin müxtəlif dövlət orqanlarına siyahılar göndərilib. Müvəqqəti şəxsiyyət vəsiqələrinin alınması istiqamətində ölkəmizin İstanbuldakı Baş Konsulluğu və Türkiyənin Miqrasiya Xidməti tərəfindən müvafiq işlər görülüb.

Beləliklə, Azərbaycanın Xarici və Daxili İşlər Nazirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi, Miqrasiya Xidməti, Təhsil Nazirliyi, “ASAN Xidmət”in də daxil olduğu 13 dövlət qurumunun mütəxəssisləri problemin araşdırılmasına yönləndiriliblər. Bunun nəticəsi olaraq hazırda 18 nəfərə bu vəsiqələr təqdim olunub.

Qeyd edək ki, bu istiqamətdə aparılan işlər Türkiyədə qeyri-qanuni məskunlaşmış həmvətənlərimizin tam siyahısı üzrə davam etdirilir.

Müəllif: Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi