Türkiyədə 129 min dövlət məmurunun FETÖ ilə əlaqəsi araşdırılır

Türkiyədə 129 min dövlət məmurunun FETÖ ilə əlaqəsi araşdırılır Həmin məmurla bağlı məsələnin araşdırılması Konstitusiya Cinayətinə qarşı Mübarizə Prokurorluğuna tapşırılıb
Region
12 Yanvar , 2017 10:04
Türkiyədə 129 min dövlət məmurunun FETÖ ilə əlaqəsi araşdırılır

Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) aid “ByLock” kompüter-əlaqə proqarmından istifadə etmiş 129 min dövlət məmuru ilə bağlı araşdırma aparılır.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, onlar FETÖ ilə əlaqə saxlamaqda və ya bu təşkilata üzv olmaqda şübhəli bilinirlər.

İnformasiyaya görə, 129 min nəfərlik siyahı Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) araşdırmaları və dövlətin digər qurumlarının əldə etdikləri məlumatlara əsasən tərtib edilib.

Həmin məmurla bağlı məsələnin araşdırılması Konstitusiya Cinayətinə qarşı Mübarizə Prokurorluğuna tapşırılıb.

Qeyd edək ki, “ByLock” proqramı vasitəsi ilə FETÖ-çular öz aralarında əlaqə saxlayırmış. 

Son xəbərlər

Orphus sistemi