Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin Çankırı vilayətinin Şabanözü rayonunda yerləşən corab istehsalı müəssisəsində zəhərli qaz ətrafa sızıb. Nəticədə azı 100 fəhlə zəhərlənərək müxtəlif xəstəxanalara yerləşdirilib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməkdaşlardan 15-inin vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.