Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları məhv edib

Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları məhv edib Türkiyənin xüsusi təyinatlı dəstəsi Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı zonasında YPG-nin dörd terrorçusunu məhv edib
Region
1 May , 2021 07:38
 Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları məhv edib

Türkiyənin xüsusi təyinatlı dəstəsi Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı zonasında YPG-nin (PKK terror təşkilatının Suriya qanadı-red) dörd terrorçusunu məhv edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, terrorçular Türkiyə hərbçilərinin mövqeyinə hücum hazırlığı zamanı məhv ediliblər.

Qeyd edilir ki, Suriyanın şimalında vəziyyətin sabitliyini pozmağa çalışan terrorçular türk xüsusi təyinatlı dəstəsinin operativ hərəkətləri nəticəsində zərərsizləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi