Türkiyə xüsusi təyinatlıları Suriyanın şimal-şərqində PKK terror təşkilatının 5 silahlısını zərərsizləşdirib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Onların "Barış Pinarı" əməliyyatı zonasına hücum təşkil etdiyi bildirilir.
Suriyada PKK/YPG terrorçuları ilə mübarizə uğurla davam edir.