Türkiyə XİN Pakistanda törədilən terror aktını pisləyib

Türkiyə XİN Pakistanda törədilən terror aktını pisləyib Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində törədilən terror aktını pisləyib.
Region
2 Fevral , 2025 02:47
Türkiyə XİN Pakistanda törədilən terror aktını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində törədilən terror aktını pisləyib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə XİN-in məlumatında deyilir.

Qurum şəhid olan pakistanlı əsgərlərin ailələrinə və bütün Pakistan xalqına başsağlığı verib, Türkiyənin terrorla mübarizədə İslamabada dəstəyini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, son 24 saat ərzində Bəlucistanda baş verən silahlı insidentlər zamanı 18 pakistanlı hərbçi həlak olub, 23 yaraqlı isə zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi