Türkiyə XİN: “Ərəb Liqasının ölkəmizi hədəf alan qərarını rədd edirik”

Türkiyə XİN: “Ərəb Liqasının ölkəmizi hədəf alan qərarını rədd edirik” “Ərəb Liqasının ölkəmizi hədəf alan qərarını rədd edirik”.
Region
160
10 Sentyabr , 2021 19:08
Türkiyə XİN: “Ərəb Liqasının ölkəmizi hədəf alan qərarını rədd edirik”

“Ərəb Liqasının ölkəmizi hədəf alan qərarını rədd edirik”.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Bəzi Ərəb Liqası ölkələrinin öz əməllərini gizləmək məqsədilə ölkəmizi hədəf alan qəlibləşmiş ittihamlarını davam etdirmələrinin dost və qardaş ərəb xalqlarına nəzərən hər hansı qarşılığının olmadığı çox yaxşı bilinir. Bu mövqe bölgədə son dönəmdə atılmış müsbət addımlara uyğun deyil”, - məlumatda qeyd edilib.

Bildirilib ki, Türkiyə qərarlı və prinsipial mövqeyi ilə ərəb ölkələrinin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini qoruması üçün ən çox əmək sərf edən ölkələrdəndir: “Türkiyənin milli təhlükəsizliyinə və maraqlarına qarşı təhdidlərlə beynəlxalq hüquq çərçivəsində mübarizəsininin Ərəb Liqası tərəfindən tənqid edilməsi qəbuledilməzdir və heç bir məna daşımır”.

Qeyd edək ki, Ərəb Liqasının 9 sentyabrda keçirilən toplantısında Türkiyəyə qarşı qərarlar qəbul edilmişdi.

Son xəbərlər

Orphus sistemi